• Be. Noy 25th, 2024

Ursula fon der Lyayen: “Memorandum Aİ və Azərbaycan arasında enerji əməkdaşlığını gücləndirəcək”

ByYenigun.news

İyl 18, 2022

“İmzalanan Anlaşma Memorandumu Aİ və Azərbaycan arasında enerji sahəsində əməkdaşlığı daha da gücləndirəcək”.

“Report” xəbər verir ki, bunu Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündən sonra deyib.

Xatırladaq ki, Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənədi Azərbaycan Prezidenti İlham Əliyev ilə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen bu gün Bakıda imzalayıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir