Xəbəral.az xəbər verir ki, bəzi, xəbər saytlarında Cəlilabad rayonunda qazinin intihar etməsi ilə bağlı xəbərlər yayılıb.
Cəlilabad icra hakimiyyətindən Xəbəral.az-a verilən məlumata görə,intihar edən Cəlilabad rayonu Uzuntəpə kənd sakini Əzizov Salamat Yaşar oğlu, qazi deyil, müharibədə də iştirak etməyib.
İlkin məlumata görə intiharın səbəbi ailə münaqişəsi zəminində olub.
Hadisə ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır