• Bz. Noy 24th, 2024

Ermənistanda Türkiyə hərbçiləri xofu: Rusiya FTX açıqlama yaymalı oldu

ByYenigun.news

İyl 22, 2022

Rusiyanın Ermənistandakı Federal Təhlükəsizlik Xidmətinin Sərhəd İdarəsi və Ermənistan Milli Təhlükəsizlik Xidməti Türkiyə hərbçilərinin guya Ermənistanın Araqatsavan kəndi istiqamətində dövlət sərhədini keçərək kənd sakinlərinə qarşı qanunsuz hərəkətlərə yol vermələri barədə erməni mətbuatında yayılan dezinformasiyanı təkzib ediblər.

Bu barədə Sərhəd Departamentinin mətbuat xidmətindən məlumat verilib.

“Təqdim olunan məlumatlar həqiqətə uyğun deyil. Hazırda dövlət sərhədinin mühafizəsi xidməti gündəlik iş rejimində çalışır”, – deyə mətbuat xidmətindən bildirilib.

Bundan əvvəl Ermənistan sosial şəbəkələrində Türkiyə əsgərlərinin guya erməni çobanlarını əsir götürdükləri, sonradan Rusiya tərəfinin köməyi ilə geri qaytardıqları barədə yalan məlumat yayılıb. Dezinformasiya Ermənistanın bir sıra tanınmış informasiya agentlikləri və saytları tərəfindən tirajlanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir