• Şb. Noy 23rd, 2024

Laçın şəhərindən SON GÖRÜNTÜLƏR – VİDEO

ByYenigun.news

İyl 25, 2022

İşğal dövründə Laçın rayonunun mərkəzində qanunsuz məskunlaşan ermənilərin əksəriyyəti şəhəri tərk ediblər.

Bu, “Report”un Laçına ezam olunmuş əməkdaşlarının dəhlizdən keçən zaman çəkdikləri yeni görüntülərdən məlum olub.

Laçın şəhərində az sayda erməni qalıb. Yol kənarında olan mağazalar, apteklər və digər iaşə obyektləri hazırda bağlıdır.

Laçını tərk edən ermənilər isə evlərin dam örtüyünü, qapı-pəncərələrini söküblər, bəzilərini yandırıb, dağıdıblar.

Qeyd edək ki, Azərbaycan hökuməti Laçının mərkəzindən yan keçən yeni yol çəkib. Yeni avtomobil yolunun uzunluğu 32 km təşkil edir. Yoxuşlarda 3, digər hissələrdə 2 hərəkət zolaqlı olacaq yolun layihə üzrə hərəkət hissəsinin eni 7-10.5 metr, torpaq yatağının eni 12-15 metr, çiyin hissələrin eni isə 2×2,5 (5 m) metr təşkil edir.

Yeni yol dəhliz kimi istifadə olunacaq. Bundan sonra Laçın şəhəri Azərbaycan Ordusunun nəzarətinə keçəcək.

Erməni silahlı dəstələri Laçını 1992-ci il may ayının 18-də işğal ediblər. 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi nəticəsində Laçının bir neçə kəndi işğaldan azad olunub.

Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyanın 2020-ci il noyabrın 10-da imzaladıqları bəyanata əsasən Laçın dekabrın 1-də Azərbaycana qaytarılıb. Lakin Laçın şəhəri və bir neçə yaşayış məntəqəsi dəhlizə düşdüyü üçün Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında qalıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir