May ayında Kürdəxanı qəsəbəsində açılışı olan 304 saylı məktəbin həyətində dözülməz vəziyyət hökm sürür. Belə ki, qrunt suları kanalizasiya sularına qarışıb məktəbin həyətinə axır.
Bəzi şəxslər elə bilirlər ki, buna səbəb məktəbin kanalizasiya sistemidir. Lakin hadisələri bir qədər ətraflı araşdırdıqda ortaya başqa mənzərə çıxır.
Reallıq ondan ibarətdir ki, məktəbin tikintisində bütün normativ aktlara riayət edilib. Məktəb təhvil alınan zaman Təhsil Nazirliyi tərəfindən verilən müvafiq akt bunu bir daha sübut edir.
Məktəbin yaxınlığında yığılmış qrunt suları barədə əvvəlcədən əlaqədar qurumlara məlumat verilib. Lakin önləyici tədbirlərin görülməməsi səbəbindən sonda belə xoşagəlməz mənzərə yaranıb.
Qeyd edək ki, təhsil ocağının açılışında Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva da iştirak ediblər.
Daha ətraflı Baku TV-nin süjetində: