• Bz. Fev 15th, 2026

Britaniya səfiri Cəbrayıla səfər etdi, mintamizləmə işləri ilə tanış oldu – FOTO

Byadmin

İyl 27, 2022

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp işğaldan azad olunan Cəbrayıl rayonuna səfər edib və ərazidə həyata keçirilən minatəmizləmə əməliyyatlarının gedişatı ilə tanış olub.

Diplomat bu barədə özünün “Twitter“ hesabında paylaşım edib.

“SafeLane Global” şirkətinin düşərgəsini və “Qaya Safety Solutions” şirkətini ziyarət etdim”, – deyə Şarp tvitində bildirib.

Səfirin sözlərinə görə, səfər zamanı o, minaların harada olduğunu müəyyən edə bilən işçilərlə də tanış olub.