Azərbaycan diasporunun nümayəndələri Ermənistanın Niderlanddakı səfirliyi önündə icazəli piket keçiriblər.
Nümayişə yığışan azərbaycanlılar müxtəlif banner və şüarlarla Vətən Müharibəsində şəhid olan əsgərlərin xatirəsini anıblar. Bundan əlavə səsgücləndiricilər vasitəsilə “Bayatı-Şiraz” muğamı səsləndirilib.
Dinc nümayiş iştirakçıları daha sonra ermənilərin beynəlxalq ictimaiyyəti yanıldan məlumatlar yaymasına etiraz ediblər.