Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanın Gəncədə törətdiyi terrorun ikinci ildönümü ilə bağlı paylaşım edib.
Oxu.Az-ın məlumatına əsasən, XİN özünün “Twitter” hesabında xatırladıb ki, Gəncəyə raket hücumu Ermənistanın növbəti təcavüzü idi.
“2020-ci il oktyabrın 11-də, atəşkəsdən bir neçə saat sonra Ermənistan Azərbaycanın Gəncə şəhərinin yaşayış məntəqələrini ballistik raketlərdən atəşə tutmuş, 5-i qadın olmaqla 10 mülki vətəndaş həlak olmuşdu. 40 nəfər yaralanmışdı. Bu, 44 günlük müharibə zamanı Gəncəyə edilən 4-cü hücum idi”, – paylaşımda bildirilib.
On Oct. 11, 2020, several hours after ceasefire, #Armenia had fired upon residential area of #Ganjacity of #Azerbaijan with Scud-B ballistic missiles killing 10 civilians, incl. 5 women, & injuring 40. This was 4th attack on Ganja during course of 44-Day War #ArmenianAggression pic.twitter.com/ffVqVeRZ2j
— MFA Azerbaijan ?? (@AzerbaijanMFA) October 11, 2022