• Bz. Dek 21st, 2025

Prezident: “Azərbaycan və Qazaxıstan arasında müttəfiqlik ortaq köklərə və ümumi maraqlara əsaslanır”

Byadmin

Okt 13, 2022

Gələcək infrastruktur planlarımızın əlaqələndirilməsi zamanı biz Transxəzər marşrutunun buraxılış qabiliyyətinin genişləndirilməsi üzrə bundan sonrakı işləri sinxronlaşdıra bilərik. Bu, bizim ölkələrin və xalqların marağında, qonşuluğumuzdakı ölkələrin maraqlarında olacaq.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Astanada Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə görüşündə bildirib.

Transxəzər marşrutunun çox ciddi davamı olacağını vurğulayan dövlətimizin başçısı deyib:

“Digər bütün məsələlər üzrə isə, Siz qeyd etdiyiniz kimi, bizim ölkələr müttəfiqdir, strateji tərəfdaşdır. Bu müttəfiqlik ortaq köklərə və ümumi maraqlara əsaslanır”.