Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyanın üçüncü iclası noyabrın 3-də Brüsseldə keçiriləcək.
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi üzrə komissiyanın üzvləri baş nazirin müavini Mqer Qriqoryanın rəhbərliyi altında noyabrın 3-də Brüsseldə keçiriləcək komissiyanın üçüncü iclasında iştirak edəcəklər”, – deyə XİN-in bəyanatında bildirilib.
Mənbə: “Sputnik” Ermənistan