• Şb. Noy 23rd, 2024

“Caliber”: “Ermənistan Zəngəzurda nəzarət-buraxılış məntəqəsi istəyir? Görəcək, amma Laçında” – VİDEO

ByYenigun.news

Noy 2, 2022

“Caliber”in “YouTube” kanalında yayımlanan yeni süjetdə Ermənistan hökumətinin Azərbaycanla sərhədə 3 nəzarət-buraxılış məntəqəsi açmağa hazır olmasına dair təklifi təhlil edilib. 

Müəllif vurğulayır ki, İrəvan tərəfindən irəli sürülən 3 nəzarət-buraxılış məntəqəsi barədə təklif Ermənistanın kapitulyasiya zamanı üzərinə götürdüyü öhdəliklərə və nəqliyyat kommunikasiyalarının ən optimal marşrut xətti üzrə açılması prinsipinə cavab vermir.

“İrəvan ona yeni məyusluqlar gətirəcək oyunlara baş vurmamalıdır. Yeri heç kimə bəlli olmayan bunkerdə kapitulyasiyaya imza atıb üzərindən iki il keçəndən sonra regional oyunçuların şübhəli dəstəyini alaraq fərqli davranışlar sərgiləmək Ermənistan üçün yaxşı heç nə vəd etmir”, – deyə müəllif vurğulayır.

Ətraflı “Caliber”in növbəti videosunda:

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir