• Bz. Noy 24th, 2024

Azərbaycan hərbçilərinə NATO sertifikatı təqdim edilib

ByYenigun.news

Noy 3, 2022

Belçika Krallığının Mons şəhərində NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) proqramı çərçivəsində illik konfrans keçirilib.

Bu barədə Oxu.Az-a Müdafiə Nazirliyindən məlumat verilib.

NATO-nun müxtəlif qərargahlarından olan nümayəndələrin, eləcə də Azərbaycan Ordusunun hərbi qulluqçularının iştirakı ilə keçirilən konfransda ölkəmizin ƏİK proqramından geniş istifadə etdiyi və tərəfdaş dövlətlər arasında qabaqcıl təcrübəyə malik olduğu xüsusi vurğulanıb.

Qeyd edilib ki, Hərbi Dəniz Qüvvələrinin (HDQ) Ortaq Qüvvələr Birliyinə bəyan edilmiş “Dənizdə Qadağa Əməliyyatları üzrə Göyərtə Axtarış Qrupu” NATO-nun ƏİK proqramı çərçivəsində Türkiyədə keçirilən “Dənizdə Qadağa Əməliyyatları” üzrə “2-ci səviyyəli özünüqiymətləndirmə təlimi”ndə (NEL-2) müvəffəqiyyətlə iştirak edərək “Döyüşə hazır” bölmə kimi qiymətləndirilib.

Uğurlu iştirakına görə hərbi qulluqçularımıza Alyansın səlahiyyətli nümayəndəsi tərəfindən “Döyüşə hazır” sertifikatı təqdim edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir