• Bz. Noy 24th, 2024

Köç prosesi davam edən Ağalıdan FOTOREPORTAJ

ByYenigun.news

Noy 4, 2022

2020-ci il oktyabrın 28-də erməni işğalından azad edilən Zəngilan rayonunun Ağalı kəndi tam şəkildə bərpa edilib. 

Oxu.Az xəbər verir ki, 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən zəbt edilən kənddə digər bölgələrimiz kimi bütün infrastruktur 27 il boyunca ermənilər tərəfindən tamamilə məhv edilmişdi. Lakin büdcədən ayrılan vəsait hesabına bu gün Ağalı kəndi yeni görkəm alıb.

Yenidənqurma işləri çərçivəsində kənddə müasir standartlara uyğun məktəb, bağça, yaşayış yerləri salınıb. Həmçinin bir sıra qurumların şöbəsi açılıb. 

Bərpa prosesi başa çatan “ağıllı kənd” layihəsinin icra olunduğu Ağalıya cari ilin iyul ayının 19-da köç prosesi başladı. Hazırda Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə yeni yaşayış sahələrinin təqdim olunması cədvəli əsasında proses davam etdirilir. 

Photostock.az-ın sözügedən yerdən hazırladığı fotoreportajı təqdim edirik:

Daha çox şəkil burada: Photostock.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir