• Ç. Noy 27th, 2024

Arbaxan Maqomedov: “Moskva ilə İrəvan arasında qarşılıqlı etimadsızlıq var” – RUSİYADAN ŞƏRH

ByYenigun.news

Fev 4, 2023

Ermənistanda təxminən fevralın 20-də Azərbaycanla sərhəd ərazidə monitorinq aparmağı planlaşdıran böyük və uzunmüddətli Avropa missiyası peyda olacaq. Bunun fonunda Ermənistan müxalifəti, məsələn, Milli Demokratik qütbün nümayəndəsi Vahe Qasparyan bəyan edib ki, Rusiya Ermənistanı açıq şəkildə təhdid edir və yaxın gələcəkdə hərbi təxribatın baş verməsi istisna edilmir.

Vəziyyəti Oxu.Az-a şərh edən  Rusiya Dövlət Humanitar Elmlər Universitetinin xarici regionşünaslıq və xarici siyasət kafedrasının professoru, tarix elmləri namizədi, siyasi elmlər doktoru Arbaxan Maqomedov bunu aşkar şəkildə Ermənistanda daxili böhranın təzahürü və Rusiyanın Ermənistana artan inamsızlığının göstəricisi adlandırıb.

Onun sözlərinə görə, baş nazir Nikol Paşinyan Ermənistanın Rusiyadan asılılığını nəzərə alaraq bunu açıq deyə bilmir.

“Paşinyan Moskva ilə bütün əlaqələri kəsə bilmir. Amma müxalifət ictimai məkanda belə açıqlamalar verə bilir. Bu isə, artıq dediyim kimi, Ermənistanda Rusiyaya münasibətin dəyişməsindən xəbər verir”, – deyə ekspert izah edib.

O, Ermənistanla Rusiya arasında strateji tərəfdaşlıq və müttəfiqlik haqqında bütün söz-söhbətlərə baxmayaraq, Nikol Paşinyan dövründə Ermənistanın siyasi rəhbərliyi və Vladimir Putinin dövründə Rusiya hökuməti, siyasi təbəqənin – sosial baxımdan uzaq qüvvələr olduğunu vurğulayıb.

“Erməni elitası da erməni ictimaiyyətinin bir hissəsi kimi qərbpərəst, avropapərəstdir. Moskva ilə İrəvan arasında, bütün eyni siyasi elitalardan danışsaq, müəyyən qarşılıqlı etimadsızlıq var”, – deyə A.Maqomedov sözlərini yekunlaşdırıb.

Nair Əliyev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir