• C. Noy 29th, 2024

Ramiz Rzayev: Ali Məhkəmənin qərarlarına cəmiyyətin əlçatanlılığı da təmin edilməlidir

ByYenigun.news

Fev 13, 2023

“Ali Məhkəmənin qərarlarına cəmiyyətin əlçatanlılığı da təmin edilməlidir. Qərarların dərc edilməsi və yayılması nəinki hakimlərin, vəkillərin və hüquqçuların, həm də cəmiyyətin bütün digər təbəqələrinin Ali Məhkəmənin fəaliyyəti haqqında məlumat əldə etməsinə və onları incələməsinə şərait yaradır. Qərarların dərc edilməsi, xüsusilə, vahid məhkəmə təcrübəsinin yaradılmasının, məhkəmə qərarlarının ardıcıllığının və proqnozlaşdırıla bilən olmasını təmin etmənin güclü bir vasitəsidir”.

AZƏRTAC xəbər verir ki, bunu Bakıda keçirilən “Ali Məhkəmələrin ədalət mühakiməsində rolu: müsbət təcrübələr və müasir çağırışlar” mövzusunda beynəlxalq konfransda Ali Məhkəmənin sədri Ramiz Rzayev çıxışında deyib.

Onun sözlərinə görə, bununla hüququn məhkəmələr tərəfindən tətbiqi təcrübəsi ardıcıl hala gəlir, sistemli pozuntular aradan qaldırılır, məhkəmələrin fəaliyyətində eyni faktiki halları olan işlərə münasibətdə fərqli yanaşmanın qarşısı alınır.

“Qeyd etmək istəyirəm ki, biz ölkəmizdə Ali Məhkəmənin bütün qərarlarının adsızlaşdırılmış qaydada dərc edilməsini təmin edirik”, – deyə Ali Məhkəmənin sədri vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir