“Mingəçevirdə artıq güclü elektroenergetika infrastrukturu yaradılıb və yeni stansiyanın məhz orada inşa edilməsi, ilk növbədə, bu məqsədi güdür”.
AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev müstəqillik dövrünün ən böyük istilik elektrik stansiyasının təməlqoyma mərasiminə həsr olunmuş tədbirdə bildirib.
Dövlətimizin başçısı deyib:
“Ona görə biz az vəsaitlə böyük enerji potensialına malik oluruq. Eyni zamanda, ödəniləcək vəsaitin 60 faizi “Azərenerji”nin öz vəsaiti hesabına təmin ediləcək. Qalan 40 faiz isə kreditlər vasitəsilə təmin ediləcək”.