Azərbaycanın Türkiyədəki zəlzələ bölgəsinə göndərdiyi yardımların həcmi məlum olub.
“Report”un xəbərinə görə, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı bu gün keçirdiyi mətbuat konfransında məlumat verib.
Onun sözlərinə görə, bu günədək Azərbaycandan zəlzələ bölgəsinə TIR-larla, təyyarələrlə 5 624 çadır çatdırılıb:
“Bunların bir qismi 30 nəfərlik çadırlardır. Bundan başqa, 401 ton tibbi ləvazimat, 1 200-dən çox genarator, 6 240 ədəd qızıdırıcı, 737 ton qida məhsulları göndərilib. Bu gün hər bir corab, hər bir papaq da önəmlidir”.