• Ç. Okt 23rd, 2024

İƏT-in Baş katibi Xocalı soyqırımının ildönümü ilə bağlı Azərbaycana başsağlığı verib

ByYenigun.news

Fev 21, 2023

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Hiseyn Brahim Taha Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı Azərbaycana başsağlığı verib.

Bu barədə təşkilatın rəsmi saytı məlumat yayıb.

“Azərbaycan Respublikasının Xocalı şəhərindəki soyqırımının anımının 31-ci ildönümü münasibətilə İƏT-in Baş katibi Hiseyn Brahim Taha 1992-ci il qətliamında həyatını itirənlərlə bağlı başsağlığı verir. Xocalı hadisəsi Ermənistan Respublikası tərəfindən Azərbaycan ərazilərinin qanunsuz işğalının nəticəsidir.

2013-cü ildə Qahirədə keçirilən İslam Zirvə Toplantısının 12-ci Sessiyasında qəbul edilmiş Qahirə Yekun Kommunikesi və təşkilatın XİN rəhbərlərinin 48-ci Sessiyasında qəbul edilmiş “1992-ci il Xocalı qırğını qurbanları ilə həmrəylik” qətnaməsi işğal altında olan Xocalı şəhərində mülki azərbaycanlı əhaliyə qarşı törədilən kütləvi vəhşilikləri hərbi cinayətlər, insanlığa qarşı cinayətlər və soyqırımı kimi tanıyıb”, – məlumatda bildirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir