Böyük Britaniyanın Avropa və Şimali Amerika üzrə naziri Leo Dokerti Şəhidlər xiyabanını ziyarət edib.
Oxu.Az xəbər verir ki, ziyarətdə Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld da iştirak edib.
“1990-cı il yanvarın 20-də Sovet İttifaqı qoşunlarının dinc əhaliyə divan tutması nəticəsində həyatını itirənləri yad etdik. Kreml indi də oxşar hadisələri Ukraynada törədir”, – səfir “Twitter” hesabında yazıb.
Qeyd edək ki, L.Dokerti Azərbaycanda səfərdədir.
Cənab Nazir @LeoDochertyUk ilə Şəhidlər Xiyabanını ziyarət edib, 1990-cı il yanvarın 20-də Sovet İttifaqı qoşunlarının dinc əhaliyə divan tutması nəticəsində həyatını itirənləri yad etdik. Kreml indi də oxşar hadisələri Ukraynada törədir. pic.twitter.com/fab6JjQoNi
— FergusAuldFCDO (@FergusAuldFCDO) February 23, 2023