Aprelin 4-də Ali Məhkəməyə sədr təyin olunan İnam Kərimov kollektivə təqdim edilib.
“Report”un məlumatına görə, yeni sədri kollektivə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov təqdim edib.
Qeyd edək ki, Prezident İlham Əliyev aprelin 4-də İnam Kərimovun Ali Məhkəmənin sədri təyin olunması ilə bağlı sərəncam imzalayıb.