• Be. Noy 25th, 2024

Qaribaşvili: “Azərbaycan və Ermənistan arasında aparılan danışıqlar regionun maraqlarına cavab verir”

ByYenigun.news

İyn 1, 2023


“Gürcüstan Azərbaycan və Ermənistan arasında aparılan sülh danışıqlarını dəstəkləyir – bu, bütün regionun maraqlarına cavab verir”.

Bu sözləri Gürcüstanın baş naziri İrakli Qaribaşvili deyib.

“Prinsipcə, Gürcüstan 2021-ci ildə Azərbaycan və Ermənistan arasında baş vermiş silahlı toqquşmalardan sonra çox mühüm və faktiki olaraq ilk uğurlu vasitəçiliyini həyata keçirmişdi”, – Gürcüstanın baş naziri xatırladıb.

İrakli Qaribaşvili əlavə edib ki, Tbilisi Azərbaycan və Ermənistan arasında dinc dialoqun və danışıqların tərəfdarıdır:

“Hesab edirəm ki, bu, bizim – Gürcüstanın, Azərbaycanın və Ermənistanın maraqlarına uyğundur”.

Mənbə: Sputnik Gürcüstan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir