• Be. Noy 25th, 2024

Nazir müavini: “Şəhid ailələri və müharibə əlillərinin mənzillə təminatı proqramı beş dəfə genişlənib”

ByYenigun.news

İyn 2, 2023


“2018-2023-cü illərdə şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı 5 dəfə genişlənib”.

Oxu.Az-ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov keçirdiyi mətbuat konfransda bildirib.

Onun sözlərinə görə, onlara postmüharibə dövründə 4760, bu il 260, ümumilikdə ötən dövrdə  13,6 minə qədər mənzil və fərdi ev, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə postmüharibə dövründə 324, ümumilikdə ötən dövrdə 7500-dən çox avtomobil verilib:

“2018-2023-cü illərdə əmək müqavilələrinin sayında 35 faiz (və ya 450 mindən çox) artım olub. Bu dövrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən 400 min nəfər işlə təmin olunub, 62 min nəfər özünüməşğulluq proqramına cəlb olunaraq onlar üçün kiçik ailə təsərrüfatları yaradılıb. Bu proqrama cəlb olunanların illik sayı 14 dəfə artaraq 16 mini ötüb. 445 min nəfərin peşəyönümü xidmətlərə, 16 min nəfərin peşə hazırlığına cəlb edilib”.

İlhamə Əbülfət

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir