Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Türkiyənin yeni Xarici İşlər naziri təyin edilən Hakan Fidanı təbrik edib.
C. Bayramov bununla bağlı “Twitter” hesabında paylaşım edib. Paylaşımda deyilir:
“Qardaş Türkiyənin yeni Xarici İşlər naziri vəzifəsinə təyin edilmiş cənab Hakan Fidanı səmimi qəlbdən təbrik edir, bu şərəfli vəzifədə uğurlar arzulayıram! Azərbaycan və Türkiyə arasında qardaşlıq və müttəfiqlik münasibətlərinin daha da möhkəmlənəcəyinə əminəm”.
Qardaş #Türkiyənin yeni xarici işlər naziri vəzifəsinə təyin edilmiş cənab Hakan Fidanı səmimi qəlbdən təbrik edir, bu şərəfli vəzifədə uğurlar arzulayıram!#Azərbaycan 🇦🇿-#Türkiyə 🇹🇷 arasında qardaşlıq və müttəfiqlik münasibətlərinin daha da möhkəmlənəcəyinə əminəm.@MFATurkiye
— Jeyhun Bayramov (@Bayramov_Jeyhun) June 3, 2023