“İrəvan Qarabağın statusu ilə bağlı danışıqlar aparmağa iddialı deyil”.
Ermənistan mediasının məlumatına görə, bunu ölkənin xarici işlər naziri Ararat Mirzoyan 2022-ci il büdcəsinin icrasının müzakirəsi zamanı bildirib.
“Statusun müəyyən edilməsi məsələsində də iddialı deyilik, buna cəhd də etmirik”, – deyə o vurğulayıb.