21 iyun 2023-cü il tarixində xarici işlər naziri Ceyhun Bayramov Albaniyanın Avropa və xarici işlər naziri Olta Xaçka ilə görüşüb.
Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüş zamanı tərəflər iki ölkə arasında ikitərəfli müstəvidə və çoxtərəfli əməkdaşlıq formatları çərçivəsində mövcud olan əməkdaşlıq əlaqələri barədə fikir mübadiləsi aparıblar. Beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı əsasda dəstəkdən məmnunluq ifadə edilib.
Ceyhun Bayramov həmkarını post-münaqişə dövründə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinin hazırkı vəziyyəti və sülh sazişi üzrə danışıqların statusu barədə məlumatlandırıb.
Tərəflər həmçinin enerji sahəsində əməkdaşlıq, ikitərəfli iqtisadi-ticarət əlaqələrinin inkişaf perspektivləri, regional təhlükəsizlik məsələləri, eləcə də qarşılıqlı maraq doğuran digər mövzular barədə fikir mübadiləsi aparıblar.
16:04
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Böyük Britaniyanın paytaxtı Londonda albaniyalı həmkarı Olta Xaçka ilə görüşüb.
Oxu.Az-ın məlumatına görə, bu barədə xarici siyasət qurumunun rəhbəri özünün “Twitter” hesabında xəbər verib.
“Mən dəyərli həmkarım və dostum, Albaniyanın xarici işlər naziri Xaçka Olta ilə “Ukraynanın bərpa edilməsi” konfransı çərçivəsində görüşməyimə şadam”, – deyə C.Bayramov bildirib.
Onun sözlərinə görə, Albaniyanın Avropa və xarici işlər naziri ilə ikitərəfli əməkdaşlığın hazırkı vəziyyəti və onun inkişaf perspektivlərini müzakirə edib.
Pleased to meet w/ dear colleague and friend @xhacka_olta, Foreign Minister of #Albania on the sidelines of #UkraineRecoveryConference.
We had a chance to review the current status of 🇦🇿-🇦🇱 bilateral cooperation & elaborate on prospects for its development. @AlbanianDiplo pic.twitter.com/W3qbXivyIT
— Jeyhun Bayramov (@Bayramov_Jeyhun) June 21, 2023