• Ca. Noy 28th, 2024

Ceyhun Bayramov ATƏT sədri ilə əməkdaşlıq və regional məsələləri müzakirə edib – YENİLƏNİB + FOTO

ByYenigun.news

İyn 21, 2023


Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Şimali Makedoniyanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmani arasında görüş keçirilib.

Bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Bildirilib ki, görüş zamanı, Azərbaycan-Şimali Makedoniya arasında ikitərəfli əlaqədar, ATƏT gündəliyində duran məsələlər, habelə sülh prosesinin cari vəziyyəti müzakirə edilib.

Görüşdə tərəflər iki ölkə arasında əlaqələrin inkişafı üçün müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin və ikitərəfli görüşlərin əhəmiyyətini vurğulayıblar.

Görüş zamanı həmçinin, Azərbaycanın keçmiş münaqişənin nəticələrinin aradan qaldırılması üzrə səyləri, münaqişədən sonrakı bərpa, yenidənqurma və reinteqrasiya işləri barədə prioritetləri barədə məlumat verilib. Əsas məqsəd olan sülh müqaviləsinin imzalanması ilə Azərbaycan və Ermənistan arasında dövlətlərarası səviyyədə normallaşmaya dair ölkəmizin baxışı diqqətə çatdırılıb. Ermənistanın bu cür səylərə zərbə vuran maneələri və hərbi-siyasi təxribatları qeyd olunub.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

15:36

Böyük Britaniyada səfərdə olan Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Londonda ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani ilə görüşüb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “Twitter” hesabında xəbər verilib.

Bildirilir ki, görüş zamanı ikitərəfli məsələlər, ATƏT çərçivəsində əməkdaşlıq və regiondakı postmünaqişə səyləri müzakirə edilib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir