• Bz. Dek 21st, 2025

Ceyhun Bayramov britaniyalı nazirlə regional təhlükəsizlik vəziyyətini müzakirə edib – FOTO

Byadmin

İyn 23, 2023


Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Böyük Britaniya səfəri çərçivəsində Britaniyanın Avropa və Şimali Amerika üzrə naziri Stefen Douti ilə görüşüb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “Twitter” hesabında məlumat verilib.

Qeyd edilib ki, tərəflər Azərbaycan-Böyük Britaniya əməkdaşlığının perspektivlərini və regional təhlükəsizlik vəziyyətini müzakirə ediblər.