“Təəssüf ki, ermənilər öz təxribatçı fəaliyyətlərini dayandırmırlar və yenə də davam etdirirlər”.
Bu barədə Laçında jurnalistlərə müsahibəsində Baş prokuror Kamran Əliyev deyib.
“May ayının 26-da iki erməni hərbiçinin bizim sərhədi pozaraq silahlanmış şəkildə təxribat törətmək məqsədilə ölkə ərazisinə keçmələri və bizim hərbiçilər tərəfindən onların qanunsuz fəaliyyətinin qarşısının alınması, digər tərəfdən iyunun 15-də yenə də Azərbaycan sərhəd xidmətinin əməkdaşlarına heç bir əsas olmadan yenidən təxribat törədilməsi bizim bir daha diqqətli olmamızı zəruri edir”, – deyə Baş Prokuror bildirib.