• Ç. Sen 24th, 2025

Britaniya XİN başçısı: “Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması mümkündür” – FOTO

ByYenigun.news

İyn 22, 2023


“Azərbaycan və Ermənistan arasında tarixi sülh sazişinin imzalanması mümkündür”.

Bunu Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli “Twitter”də yazıb.

O bildirib ki, rəsmi London Cənubi Qafqazda rifahı, sülhü və təhlükəsizliyi dəstəkləyir.

C.Kleverli, həmçinin rəsmi Bakının Ukraynaya humanitar dəstəyinin artırılması qərarına görə azərbaycanlı həmkarı Ceyhun Bayramova təşəkkür edib.