“İkinci Dünya Müharibəsindən sonra ABŞ Avropanın bərpasında müsbət rol oynayıb”.
Oxu.Az bildirir ki, bunu ABŞ-nin Müstəqillik Günü ilə bağlı keçirilən tədbirdə ABŞ-nin Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Hüqo Gevara bildirib.
O deyib ki, ABŞ Ukraynanın ərazi bütövlüyünü, müstəqilliyini dəstəkləyir.
O, həmçinin Azərbaycanla əlaqəyə də toxunub:
“Bizim Azərbaycanla 30 ildə əməkdaşlığımız genişlənib, şaxələnib. İndi ABŞ-Azərbaycan əməkdaşlığı bütün istiqamətlər üzrə inkişaf edir”, – deyə əlavə edib.