Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş bədii üzgüçülük üzrə “II Aqua Stars Open” beynəlxalq turniri start götürəcək.
Azərbaycan Üzgüçülük Federasiyasından verilən məlumata görə, medallar uğrunda 5 ölkənin – Birləşmiş Ərəb Əmirlikləri, İordaniya, Qazaxıstan, Özbəkistan və Azərbaycanın 12 klubundan 150-yə yaxın idmançısı mübarizə aparacaq.
İki gün davam edəcək yarışın sonunda qaliblərə medallar, diplomlar və xatirə hədiyyələri veriləcək.
Turnir bu gün saat 15:15-də Bakı Su İdman Sarayında başlayacaq. Açılış mərasiminə İordaniyanın Azərbaycandakı səfiri Sami Asem Ğoşeh, Azərbaycan Üzgüçülük Federasiyasının rəhbərliyi, Gənclər və İdman Nazirliyinin nümayəndələri, idman ictimaiyyəti iştirak edəcəklər.