• Ç. Noy 27th, 2024

Tacikistan səfiri: “Laçında çox böyük dəyişikliklərin şahidi oldum”

ByYenigun.news

İyn 24, 2023


“Mən bu gün növbəti dəfə Laçın şəhərinə səfər etdim və çox böyük dəyişikliklərin şahidi oldum”.

APA xəbər verir ki, bunu Tacikistan səfiri Rustam Soli Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik korpus üzvlərinin Laçın şəhərinə səfəri çərçivəsində jurnalistlərə bildirib.

“Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında hər yerdə quruculuq işləri gedir. Azərbaycan Prezidenti, həqiqətən də, Laçın ərazisində böyük quruculuq proqramları həyata keçirir. Biz buranın dirçəlməsinin elementlərini görürük. Bu, əladır”, – diplomat qeyd edib.

Səfir vurğulayıb ki, hər yerdə çox gözəl quruculuq işləri görülür, iri layihələr həyata keçirilir, tikinti və abadlıq işləri gedir:

“Dinc həyatın yaradılması üçün görülən işlər çox gözəldir. Evlərinə geri dönən insanlar bu gözəl yerlərdə yaşayacaqlar”.

Diplomat, həmçinin, Laçın yolu ilə bağlı vəziyyətə də toxunub. Onun sözlərinə görə, Laçın yolu ilə bağlı bütün məsələlər imzalanmış saziş çərçivəsində öz həllini tapmalıdır:

“Bizə verilən məlumata görə, razılaşmalar icra olunur, insanlar sərbəst şəkildə və maneəsiz sərhədi keçə bilirlər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir