• Ça. Noy 26th, 2024

Azərbaycanın güclü ordusu var və daim olacaq

ByVuqar Ferzeliyev

İyn 25, 2023

         Prezident, Ali Baş Komandan Ilham Əliyev cari ilin 23 iyun tarixində Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin komando hərbi hissəsinə Döyüş bayrağının təqdim etmə mərasimində çıxışında demişdir: İkinci Qarabağ müharibəsində Xüsusi Təyinatlı Qüvvələr xüsusi peşəkarlıq və qəhrəmanlıq göstərmişdir. Bir çox hərbi əməliyyatların keçirilməsində onların xüsusi rolu var idi. Bütün bunları və müasir döyüş əməliyyatlarını nəzərə alaraq yeni Komando Qüvvələrinin yaradılması mənim tərəfimdən qarşıya bir vəzifə kimi qoyulmuşdur və bu vəzifə uğurla icra edilir. Azərbaycan Silahlı Qüvvələrinin yaradılması gününü şərəfli duyğularla qeyd etdik. Bu Azərbaycan Prezidenti, Qalib Sərkərdə İlham Əliyevin «Dəmir yumruq» siyasətinin Güclü Ordumuzun əsgər və zabitlərinin 30 illik həsrətə cəmi 44 gündə mümkünsüzü mümkün edən qəhrəmanlığının göstəricisidir. Bu, Xüsusi Təyinatlı Qüvvələr xüsusi peşəkarlıq və qəhrəmanlığının, Silahlı Qüvvələrimizin vahid proqram əsasında inkişaf etməsinin, ulu öndər Heydər Əliyevin Azərbaycan Ordusunun formalaşmasında apadığı uğurlu siyasətin layiqli davamçısı Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən həyata keçirilən “Güclü ordu – güclü dövlət” strategiyasının nəticəsidir.

 Müharibədən sonra ordu quruculuğu üçün əlavə addımlar atılır və buna böyük ehtiyac var. Qələbəmizdən dərhal sonra Müdafiə Nazirliyində Komando Qüvvələri yaradılmışdır və komandoların sayı gündən-günə artır. Artıq bir neçə hərbi hissə fəaliyyət göstərir və yeni hərbi hissələrin açılışı nəzərdə tutulur. Bir çox kontraktlar imzalanmışdır – həm yeni pilotsuz uçuş aparatlarının, həm uzaqmənzilli raketlərin ölkəmizə gətirilməsi, o raketlər ki, böyük dağıdıcı qüvvəyə və yüksək dəqiqliyə malikdir. Yeni döyüş birləşmələrinin yaradılması, ilk növbədə, Komando Qüvvələrinin yaradılması döyüş qabiliyyətimizin artırılması üçün önəmli amillərdən biridir.

Azərbaycan Ordusu müharibə dövründə qəhrəmanlıq və peşəkarlıq göstərmiş ordudan daha da güclüdür. Bu gün Silahlı Qüvvələrvahid proqram əsasında inkişaf etdir. Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin sayı böyük dərəcədə artırılmışdır. Müdafiə Nazirliyinin dəniz piyadalarının sayı bir neçə dəfə artırılıb və bu artım davam edir. Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti – bu qurumların xüsusi təyinatlı qüvvələrinin sayı dəfələrlə artırılıb. Bundan sonra da Ali Baş Komandan söylədi ki, ordumuzun daha da gücləndirilməsi üçün bütün lazımi tədbirlər görüləcək. Azərbaycanın düşmənləri bunu bilir, görür, bilməlidir və görməlidir.

Real şəkildə görürük ki, bu gün regionun ən qüdrətli ordusu olan Azərbaycan Silahlı Qüvvələri kifayət qədər güclüdür, dövlət suverenliyimizi, sərhədlərimizi ayıq-sayıqlıqla qoruyur, istənilən düşmən qüvvələrinə layiqincə cavab verməyə hazırdır.

İsabala Qurbanov,

Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının

Mikayıllı kənd İnzibati-Ərazi Dairəsi üzrə nümayəndəsi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir