• C. Dek 19th, 2025

Naxçıvanda lisey universitetin tabeliyinə verildi

Byadmin

İyn 26, 2023


Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin Naxçıvan Şəhər Kimya-Biologiya Təmayüllü Liseyi Naxçıvan Dövlət Universitetinin tabeliyinə verilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, Naxçıvan Şəhər Kimya-Biologiya Təmayüllü Liseyin cari ildə Naxçıvan Dövlət Universitetinin tabeliyində fəaliyyətinin maliyyələşdirilməsi muxtar respublikanın 2023-cü il büdcəsində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin Naxçıvan Şəhər Kimya-Biologiya Təmayüllü Liseyi üzrə nəzərdə tutulmuş vəsait çərçivəsində davam etdirilir, 2024-cü ildən isə Azərbaycan Respublikası dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində Elm və Təhsil Nazirliyi üzrə nəzərdə tutulmuş vəsait hesabına həyata keçiriləcək.