Bu gün Laçın şəhərinə köçürülən 53 nəfərdən ibarət 15 ailəyə evlərin açarları təqdim olunub.
Bu barədə “Report”un Qarabağ bürosu xəbər verir.
Onlar vaxtilə burada yaşadıqları və ölkə başçısının göstərişi əsasında bərpa və ya yenidən inşa edilən evlərdə məskunlaşacaqlar.
Qeyd edək ki, bu gün doğma yurdlarına köçürülən laçınlı ailələrin şəhərin girişində – Həkəri çayın üzərində ailələrin qarşılanma mərasimi keçirilib.
Mərasimdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin Xüsusi Nümayəndəliyinin və Laçın Rayоn İcra Hakimiyyətinin rəsmiləri iştirak ediblər.
Böyük qayıdış layihəsinə uyğun olaraq, bugünkü köçlə şəhərdə 70 ailə, yəni 266 nəfərin daimi məskunlaşması təmin edilib.
Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq bərpa edilən və yenidən qurulan Laçın şəhərinə məcburi köçkünlərin qayıdışı mərhələli şəkildə davam edəcək.
17:08
Doğma yurdlarına köçürülən laçınlı ailələri aparan növbəti köç karvanı Laçına çatıb.
“Report”un Qarabağ bürosunun xəbərinə görə, şəhərin girişində – Həkəri çayın üzərində ailələrin qarşılanma mərasimi keçirilib.
Mərasimdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin Xüsusi Nümayəndəliyinin və Laçın Rayоn İcra Hakimiyyətinin rəsmiləri iştirak ediblər.
Bu mərhələdə Laçın şəhərinə daha 15 ailə – 53 nəfər köçürülüb. Bununla da şəhərdə 70 ailə, yəni 266 nəfərin daimi məskunlaşması təmin edilib.
08:40
Bu gün Laçın şəhərinə daha bir neçə ailənin köçürülməsinə başlanılır.
“Report” xəbər verir ki, daha 53 nəfərdən ibarət 15 ailə doğma yurduna geri dönür.
Köç Qaradağ rayonundakı “Qobu Park-3” yaşayış kompleksindən Laçına yola salınacaq.
Laçın şəhərinə ailələrin yola salınması mərasimində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin və Laçın Rayоn İcra Hakimiyyətinin rəsmiləri iştirak edirlər.
Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq bərpa edilən və yenidən qurulan Laçın şəhərinə məcburi köçkünlərin qayıdışı davam edir. Köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar.
Hazırda isə Laçında məskunlaşan sakinlərin sayı 213 nəfər, ailələrin sayı isə 55-ə çatıb.