“Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişiklik edilib.
Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Dəyişikliyə əsasən, bundan sonra torpaqlara bioloji, biokimyəvi və kimyalaşdırma xidmətlərinin, eləcə də dövlətə məxsus protez-ortopedik bərpa mərkəzinin xidmətlərinin qiymətləri dövlət tərəfindən tənzimlənməyəcək.