• Ç. Noy 27th, 2024

Tədavülə buraxılmış yubiley və xatirə pul nişanları Tarix Muzeyində sərgilənəcək

ByYenigun.news

İyn 25, 2023


Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən tədavülə buraxılmış kağız, metal, o cümlədən yubiley, xatirə və investisiya məqsədli pul nişanları ilk dəfə olaraq Milli Azərbaycan Tarix Muzeyinin yeni qurulacaq ekspozisiyasında sərgilənmə məqsədilə muzeyə təqdim edilib.

AMB-dən verilən məlumata görə, muzeyə təqdim edilən kolleksiyada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr edilən yubiley pul nişanları silsiləsi müstəsna yerə malikdir. Eləcə də ölkəmizin tarixində ilk dəfə olaraq ümummilli liderin anadan olmasının 100 illiyinə həsr olunmuş, Azərbaycan qızılı əsasında hazırlanan investisiya məqsədli pul nişanları da muzeydə sərgilənəcək.

Azərbaycan tarixinin ən şanlı səhifəsi kimi Silahlı Qüvvələrin Ali Baş Komandanı Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində əldə edilmiş böyük Zəfər tarixini əbədiləşdirmək məqsədilə Mərkəzi Bank tərəfindən tədavülə buraxılan 500 manat nominallı əsginas və “Zəfər” xatirə pul nişanları Milli Azərbaycan Tarix Muzeyinin ən dəyərli eksponatları arasında yer alacaq.

Təqdim edilən pul nişanları arasında Azərbaycanın görkəmli şəxsiyyətlərinə, əhəmiyyətli tarixi hadisələrinə, incəsənətinə, mədəniyyətinə həsr edilən qiymətli metallardan hazırlanmış pul nişanları da mövcuddur.

Yeni qurulan ekspozisiya tezliklə ziyarətçilərin ixtiyarına veriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir