Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında iyunun 27-də Vaşinqtonda başlayacaq danışıqların müddəti məlum olub.
Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller məlumat verib.
Onun sözlərinə görə, danışıqlar iyunun 29-dək davam edəcək.