Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.
Tarix üzrə fəlsəfə doktoru, dosent Vasif Qafarov İrəvan mərkəz olmaqla erməni dövlətinin yaradılmasından bəhs edib və deyib ki, İrəvanın ermənilərə güzəştə gedilməsində şəhər əhalisinin rəyi nəzərə alınmayıb.
Onun sözlərinə görə, həmin dövrdə hansısa rəy sorğusunun keçirilməsi qeyri-mümkün idi.
V.Qafarav həmçinin qeyd edib ki, Azərbaycan Milli Şurasının üzvlərindən erməni dövlətinin yaradılmasına qarşı çıxanlar olub:
“Mir Hidayət bəy Seyidov, Bağır Rzayev və Nəriman bəy Nərimanbəyli Milli Şuranın İrəvanla bağlı 29 may tarixli iclasında qərar qəbul edilməsindən sonra rəsmi olaraq yazılı şəkildə etirazlarını təqdim ediblər”.
Fəlsəfə doktoru həmin üç deputatın sonrakı taleyi haqqında da danışıb:
“Onlardan Mir Hidayət bəy Seyidov 1919-cu ildə Ordubadda vəfat edib. Onun hansı səbəbdən vəfat etməsi bu günədək məlum deyil. Digər deputat Bağır Rzayev 20-ci illərdə bolşevik hakimiyyəti tətəfindən böyük təzyiqlərə, diskriminasiyaya məruz qalıb və bütün bunlara dözməyərək 1927-ci ildə intihar edib. Nəriman bəy Nərimanbəyli isə sovet dövründə bir neçə dəfə həbs edilib, 30-cu illərin repressiyasına məruz qalıb. 1937-ci ildə sürgündə vəfat edib”.
Daha ətraflı Baku TV-nin süjetində: