• Ça. Noy 26th, 2024

Vəkillər Kollegiyasının nümayəndə heyəti Gürcüstanda rəsmi açılış mərasimində iştirak edib – FOTO

ByYenigun.news

İyn 26, 2023


23-24 iyun 2023-cü il tarixində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (AR VK) sədri Anar Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstanda səfərdə olub və səfər çərçivəsində Tiflis şəhərində Gürcüstan Vəkillər Assosiyasiyasının (GVA) yeni inzibati binası –  “Vəkillər Evi”nin rəsmi açılış mərasimində iştirak edib.

Oxu.Az xəbər verir ki, tədbirdə GVA sədri David Asatiani, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili, Gürcüstanın Baş Prokuroru İrakli Şotadze, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının sədri Anar Bağırov, Avropa Vəkillər Assosiasiyasının (AEA-EAL) Prezidenti Maria Ślązak, Beynəlxalq Vəkillər Kollegiyasının (IBA) vitse-prezidenti Claudio Visco tədbirdə açılış nitqləri ilə çıxış ediblər.

Qonaqları salamlayan VK sədri Anar Bağırov vəkillik sahəsində aparılan uğurlu islahatlar, kollegiya tərəfindən görülən çoxşaxəli işlər, müxtəlif beynəlxalq təşkilatlarla birgə həyata keçirilən layihələr barədə məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırıb. A.Bağırov Azərbaycanla Gürcüstan arasında tarixi köklərə malik olan və müxtəlif sahələrdə uğurla inkişaf edən dostluq və qardaşlıq münasibətlərinin iki ölkənin vəkillik institutları arasında da inkişaf etdiyini qeyd edib. Hər iki ölkənin Vəkillər Kollegiyaları arasında mövcud olan səmərəli əməkdaşlıq üçün başda Gürcüstan Vəkillər Kollegiyasının sədri David Asatiani olmaqla bütün gürcü həmkarlarına Azərbaycan vəkilliyi adından təşəkkür edən A.Bağırov, Gürcüstan Vəkillər Kollegiyasının yeni binası münasibəti ilə onları təbrik edib və hədiyyələr təqdim edib.
 
Tədbir çərçivəsində həmçinin vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib.
 
Bundan başqa, Anar Bağırovun iştirakı ilə Gürcüstan Hüquqi Yardım Xidmətinin İcraçı Direktoru David Simonia arasında ikitərəfli görüş keçirilib, qurumlar arasındakı səmərəli əməkdaşlığın əhəmiyyəti və beynəlxalq təcrübənin ödənişsiz hüquqi yardım sahəsində aparılan islahatlarda olan rolu barədə fikir mübadiləsi aparılıb.
 
Daha sonra gələcək əməkdaşlığın gücləndirilməsi məqsədilə VK nümayəndə heyəti və beynəlxalq təşkilatların rəhbər şəxsləri arasında müvafiq görüşlər keçirilib, təcrübə mübadiləsi və gələcək əməkdaşlığın perspektivləri müzakirə edilib.
 
Tədbir çərçivəsində iştirakçılar üçün Gürcüstan Vəkillər Kollegiyası tərəfindən rəsmi ziyafət təşkil olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir