• Ça. Noy 26th, 2024

Lukaşenko Priqojini necə yola gətirməsindən danışdı: “Putindən telefonunu istədim, dedi ki…” – VİDEO

ByYenigun.news

İyn 27, 2023


Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiyanın “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinlə danışıqlarının təfərrüatını açıqlayıb.

“Başa düşdüyüm qədərilə ən təhlükəli şey vəziyyətin nə olduğu deyil, onun necə inkişaf edə biləcəyi və nəticələri idi”, – deyə dövlət başçısı deyib.

Belarus Prezidenti Priqojinlə danışıqlar aparmağı və tələsməməyi təklif edib. Putin isə bunun mənasız olduğunu, Priqojinin telefonu götürmədiyini və danışıqlar aparmaq istəmədiyini deyib.

“Soruşdum ki, Priqojin haradadır? Dedi ki, Rostovda. Dedim ki, pis sülh istənilən müharibədən yaxşıdır, tələsmə. Onunla əlaqə saxlamağa çalışacağam. Putin bunun mənasız olduğunu dedi. Mən də gözləməsini istədim. Haradasa yarım saat danışdıq. Sonra Priqojinin cəbhədə olduğunu mənə bildirdi. Onun sözlərini xatırlayıram: “Bilirsən, qəribə də olsa, cəbhədə vəziyyət əvvəlkindən daha yaxşıdır”. Dedim ki, görürsən, hər şey o qədər də kədərli deyil. Telefonlarını tapmalıydım. Soruşdum ki, onunla necə əlaqə saxlaya bilərəm? Telefonunu istədim. O, çox güman ki, FTX-də olduğunu bildirdi. Dəqiqləşdirdik. Günün ortasında biz Rostovla danışa biləcəyimiz üç kanal tapdıq”, – deyə Lukaşenko hadisənin təfərrüatlarını danışıb.

Xatırladaq ki, “Vaqner” özəl hərbi şirkətinin rəhbəri (ÖHŞ) Yevgeni Priqojinin Rusiyada bu yaxınlarda təşkil etdiyi hərbi qiyam cəhdinin qarşısı Belarus Prezidenti Aleksandr Lukaşenkonun vasitəçilik səyləri sayəsində alınıb.

Mənbə: “Belta” “Telegram” kanalı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir