“ABŞ-nin keçmiş prezidenti Donald Tramp İrana hücum planları barədə məlumatlar olan məxfi sənədi öz işçilərinə göstərib”.
Bu barədə CNN telekanalı əldə etdiyi səs yazısına istinadən məlumat yayıb.
Telekanalın məlumatına görə, 2021-ci ilin iyulunda Ağ Evin keçmiş aparat rəhbəri Mark Medouz öz memuarları üzərində çalışdığı zaman Tramp yazıçıya, naşirə və onun iki əməkdaşına “İrana hücum planı haqqında məxfi məlumat”ı göstərib. Telekanal qeyd edib ki, bu iki dəqiqəlik səs yazısı məxfi sənədlərlə düzgün davranılmadığı haqda mühüm sübut ola bilər.
Səs yazısında siyasətçi və onun köməkçilərinin ABŞ-nin keçmiş dövlət katibi Hillari Klintonun elektron məktubları ilə bağlı necə zarafat etdiyi də var. “Bilirsiniz, Hillari həmişə bu gizli sənədləri çap edirdi. Onun şəxsi elektron məktublarıdır”, – deyə Trampın əməkdaşı bildirib.
Mənbə: TASS