ABŞ-də səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Ştatların dövlət katibi Antoni Blinkenlə görüşüb.
Oxu.Az xəbər verir ki, C.Bayramov bu barədə “Twitter” hesabında yazıb.
“ABŞ-yə işgüzar səfərim çərçivəsində ABŞ dövlət katibi Antoni Blinkenlə görüşdüm. Görüşdə Azərbaycan və Ermənistan arasında sülh və normallaşma gündəliyi ətrafında fikir mübadiləsi aparıldı. Ermənistanın sülh səylərinə meydan oxuyan qəbuledilməz davranışı və sarsıdıcı səylərini vurğulandı”, – Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri qeyd edib.
On the sidelines of my working visit to 🇺🇸, I met w/US Secretary of State @SecBlinken.
Exchanged views on the peace & normalization agenda btw #Azerbaijan & #Armenia.
Underlined unacceptable behavior and undermining efforts by Armenia that challenges peace efforts.
— Jeyhun Bayramov (@Bayramov_Jeyhun) June 28, 2023