“Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin davamlılığı və möhkəmliyi Rusiya üçün vacibdir”.
Bunu çərşənbə günü brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova müqavilənin imzalanmasının Moskva üçün əhəmiyyətini şərh edərkən deyib.
“Rusiya tərəfi üçün sülh müqaviləsinin möhkəm və davamlı olması vacibdir”, – o bildirib.
Mənbə: TASS