• Be. Noy 25th, 2024

Ərdoğan və Paşinyan quru sərhədin açılmasını müzakirə etdilər

ByYenigun.news

İyn 28, 2023


Ermənistan baş naziri Nikol Paşinyan və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan telefonla danışıb. 

Bu barədə Ermənistanın Nazirlər Kabineti məlumat yayıb.

Paşinyan Türkiyə liderini Qurban bayramı, Ərdoğan isə Paşinyanı qarşıdan gələn Tanrının Transfiqurasiya bayramı münasibətilə təbrik edib.

Liderlər iki ölkə arasında münasibətlərin normallaşdırılması prosesini müzakirə ediblər. Bu kontekstdə diplomatik pasportlara malik şəxslər və üçüncü ölkə vətəndaşları üçün quru sərhədinin açılmasına dair sazişin icrası ilə bağlı məsələlər müzakirə olunub.

Mənbə: Ermənistan KİV

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir