Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında ABŞ-da baş tutan danışıqlar ikitərəfli formatda davam etdiriləcək.
Oxu.Az xatırladır ki, danışıqların əsas mövzusu sülh sazişinin müzakirəsidir.
Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında iyunun 28-də keçirilən ikitərəfli görüş dörd saatdan çox davam edib.
İyunun 29-a qədər davam edəcək danışıqların ilk mərhələsi ABŞ-nin Virciniya ştatının Arlinqton şəhərində yerləşən Corc P.Şults adına Xarici Əlaqələr üzrə Milli Təlim Mərkəzində aparılıb.
Xatırladaq ki, görüşün Blinkenin iştirakı ilə üçtərəfli formatda davam etdirilməsi gözlənilmir.