ABŞ Prezidenti Co Bayden Ağ Evdə çıxışı zamanı suflyordan ona verilən ipuclarını qarışıq salıb.
Bayden onun üçün sadəcə ipucu kimi verilən və mətnin bitdiyini ifadə edən “Sitatın sonu” ifadəsini də yüksək səslə oxuyub.
O, çıxışı zamanı 2030-cu ilə qədər ölkədə yüksəksürətli internet şəbəkələrinin inkişafı təşəbbüslərindən və amerikalıların onun planına müsbət reaksiyasından danışıb.
“Bu, 1930-cu və 40-cı illərdə kəndlərin elektrikləşdirilməsi haqda qanunun təsərrüfat obyektlərini enerji ilə təmin etməsindən bu yana Amerikanın kəndlərində baş verən ən yaxşı haldır. Sitatın sonu”, – deyə Bayden suflyorda ona verilən mətni oxuyub. Beləliklə, prezident yüksək səslə səsləndirməməli olduğu son ifadəni də təkrarlayıb.
Mənbə: “Daily Express”