“Ermənistan 30 ildən çox davam edən işğal zamanı ölkəmizə qarşı mədəni təmizləmə siyasəti həyata keçirərək tarixi abidələrimizi və mədəni irsimizi yox edib”.
“Report”un ABŞ bürosu xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün BMT Baş Assambleyasının (UNGA) 78-ci sessiyasında çıxışı zamanı deyib.
Nazir bildirib ki, işğaldan azad olunmuş, uzun illər misli görünməmiş dağıntıların olduğu ərazilərdə Azərbaycan hökumətinin yorulmaz səyləri nəticəsində insanların doğma torpaqlarına qayıtması üçün yenidənqurma işləri aparılır.