Sentyabrın 25-də Xankəndidə benzin çəninin partlamasından sonra Bakı zərərçəkənlərə yardım üçün dərhal praktiki addımlar atıb.
Bu barədə “Caliber” “Telegram” kanalı xəbər verib.
Qeyd olunur ki, Saatlı, Sabirabad və Ağdam xəstəxanaları yaralıların kütləvi qəbulu üçün operativ şəkildə hazır vəziyyətə gətirilib, Bakıdan isə təcili olaraq onların müalicəsi üçün briqadalar göndərilib.
Lakin son anda Qarabağ ermənilərinin nümayəndələri Azərbaycanın mərkəzi hakimiyyətinin köməyindən imtina ediblər. Buna baxmayaraq, Azərbaycan tərəfi dünən operativ qaydada lazımi dərman vasitələrini göndərib və verilən məlumata görə, bu gün də bu iş davam etdirilir.