Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin potensialından istifadə olunması ölkədə kənd təsərrüfatının inkişafına müsbət təsir göstərəcək.
“Report” xəbər verir ki, bunu Nazirlər Kabinetinin Aqrar və ekologiya şöbəsinin müdiri Lətif Qasımov Bakıda keçirilən Türk Dövlətləri II Aqrobiznes Forumunda bildirib.
“İşğaldan azad edilmiş ərazilərdə taxılçılıq, pambıqçılıq, üzümçülük və heyvandarlığın inkişafı üçün çox böyük potensial mövcuddur. Oradakı su anbarlarından istifadə etməklə 100 minlərlə hektar sahənin suvarması təmin ediləcək. Kənd təsərrüfatında mövcud problemlərin aradan qaldırılması məqsədilə innovativ həllərin tapılmasında və qlobal çağırışlara qarşı səmərəli mübarizə aparılmasında Türk Dövlətləri Təşkilatı daxilində təcrübə mübadiləsini faydalı hesab edirəm”, – deyə o qeyd edib.